Dəyərlərimiz

Həmrəylik

Şəffaflıq

Sosial məsuliyyət

İnkişaf

Müxtəliflik

Təvazökarlıq

Həmrəylik

Müxtəlif təcrübələrə və tədqiqatlara əsasən “quruculuq” “həmrəylik” ideyası ilə vəhdətdə effektiv nəticələr vəd edir.

Tarix boyu baş verən müharibələrin acı nəticələrinin aradan qaldırılması, müharibədən sonra bərpa və yenidənqurma prosesi “Həmrəylik” (solidarizm) ideyası, ictimaiyyətlə dövlətin səylərinin sinerjisi üzərində qurulmuş və bu birlik müharibədən zərər görmüş regionların qısa müddətə bərpasını təmin etmişdir.

Misal kimi, Birinci və İkinci Dünya Müharibələrindən sonra Avropanın müxtəlif ölkələrində (məs. Fransa, Belçika, Polşa və s.) dövlət və ictimai fondların səylərinin sinerjisinə nəzər salmaq olar. Məhz bu sinerjinin potensialından yararlanan region və ölkələrdə bərpa  və yenidən qurma prosesini daha qısa müddət ərzində həyata keçirmək mümkün olmuşdur.

Erməni işğalı nəticəsində torpaqlarımıza dəyən zərərin həcminin yalnız Avropaya iki dünya müharibəsi nəticəsində dəyən zərərlə müqayisə etmək mümkündür. İşğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi prosesinin sürətləndirilməsi üçün dövlətə ictimai dəstəyin verilməsini labüd edir. İctimaiyyətin (o cümlədən diasporun) və dövlətin sinerjisi əlavə resurslar təmin edərək dövlət büdcəsinə düşən yükü müəyyən qədər azaldacaqdır.

Gücümüz birliyimizdədir.

İkinci Qarabağ Müharibəsi - şərəf, qürur, zəfər dolu günlərdə həmrəyliyimizin, birgəliyimizin necə güclü olduğunu, xalq, toplum olaraq, nələrə qadir olduğumuzun, məsələ torpaq, Vətən olanda, necə fərqli qütblərin, fərqli düşüncələrin, mövqelərin bir araya gəldiyinin şahidi olduq. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı Qələbəmiz, torpaqlarımızın bugünki azadlığı o həmrəyliyin, o birgəliyin nəticəsi idi.

İndi qarşımızda duran məsələ azad etdiyimiz torpaqlara yenidən həyatın qayıtması,  dirçəlişidir. Savaş günlərində öz xalqımıza, öz həmrəyliyimizə inandığımız kimi, indi də öz gücümüzə arxalanmalı və Qarabağı yenidən gur inkişaf edən regiona çevirməliyik.

Şəffaflıq

Qanun və ya biznes təcrübəsinə uyğun olaraq tələb olunan məlumatı vaxtında müvafiq qurumlara və ictimaiyyətə açıqlamaq.

Sosial məsuliyyət

Ətraf mühitin və bütövlükdə cəmiyyətin maraqlarına uyğun şəkildə fəaliyyət göstərmək.

İnkişaf

İşğaldan azad edilmiş ərazilərdə əhalinin rifahının təmin edilməsi məqsədi ilə müsbət dəyişikliklərə nail olunması üçün əlimizdən gələni etmək.  

Müxtəliflik

Yaşından, cinsindən, etnik mənsubiyyətindən, dinindən, fiziki məhdudiyyətindən, təhsilindən asılı olmayaraq donorlara, tərəfdaşlara, təchizatçılara, işçilərə və digər steykholderlərə (maraqlı tərəflərə) hörmət və nəzakətlə yanaşmaq.

Təvazökarlıq

Donorlara, tərəfdaşlara, təchizatçılara, işçilərə və digər steykholderlərə qarşı nəzakət və hörmətlə yanaşmaq, onlara təkəbbür hissi ilə yanaşmamaq; Fondu işğaldan azad edilmiş əraziləri dirçəltmək üçün çalışan və müxtəlif qurumlardan ibarət olan böyük komandanın yalnız bir elementi kimi qəbul etmək.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi