Missiya və məqsədlər

Missiya

Bizim missiyamız Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyin göstərilməsidir.

Məqsədlər

Sabit artım

Köçürülən ianələrin daimi artımı hesabına Fondun aktivlərinin davamlı artmasına nail olmaq və həyata keçirilən layihələrin yalnız sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə olunan mənfəət hesabına maliyyələşdirilməsini təmin etmək.

Dayanıqlı Fond

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsinə dəstək göstərən, öz fəaliyyətində müasir sosial, ətraf mühit və korporativ idarəetmə (ESG) prinsiplərinə əsaslanan dayanıqlı Fonda çevrilmək.

“Dövlət – Biznes - Cəmiyyət” Sinergiyası

Müxtəlif steykholderləri “Qarabağın dirçəlişi” ideyası ətrafında sıx birləşdirməklə, bu mühüm işə Azərbaycan biznesinin, cəmiyyətinin və diasporunun geniş resurslarını cəlb edilməsi məqsədi ilə qarşılıqlı əlaqələrin qurulması və idarə edilməsi.

*Qeyd:

Steykholder - (eng. - stakeholder) təşkilatda marağı olan, onun fəaliyyətinə təsir göstərə və (ya) təsirinə məruz qala bilən tərəflərdir. Steykholderlər təşkilata birbaşa (məs., əməkdaşlar, donorlar, müştərilər və ya tərəfdaşlar) və ya dolayı (dövlət orqanları, ictimai birliklər, həmkarlar ittifaqları, QHT-lər və s.) təsir göstərə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi