Bərpa və yenidənqurma
Bərpa və yenidənqurma

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prosesinə maliyyə dəstəyinin göstərilməsi Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində əksini tapmış əsas vəzifələrdən biridir.

Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq məqsədilə Qarabağ Dirçəliş Fondu ilk növbədə aşağıda göstərilən mədəni dəyərlərin bərpasına xüsusi diqqət yetirəcək:

a) Tarixi və bədii maraq baxımından, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irs (məsələn, memarlıq, incəsənət və ya tarixi abidələr, dini və ya dünyəvi obyektlər, arxeoloji obyektlər, memarlıq ansamblları);

b) Əsas və faktiki məqsəd kimi «а» bəndində göstərilən daşınan mədəni sərvətlərin qorunması və ya nümayişi üçün nəzərdə tutulmuş binalar, o cümlədən muzeylər, iri kitabxanalar, arxiv anbarları, habelə silahlı münaqişə hallarında daşınar mədəni sərvətlərin mühafizəsi üçün nəzərdə tutulmuş sığınacaqlar;

c) “a” və “b” bəndlərində göstərilən və əhəmiyyətli sayda mədəni sərvətlərin saxlanılması üçün nəzərdə tutulmuş mərkəzlər, yəni “mədəni sərvətlərin cəmləşmə mərkəzləri”.*

Bu obyektlərin rəmzi dəyərinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Fondun resurs və imkanlarının ilk olaraq məhz onların bərpasına yönəldilməsi həm Azərbaycan xalqının maraqlarını təmin edəcək, həm də Fondun nüfuzuna müsbət təsir göstərməklə donorların cəlb olunmasına xidmət edəcək.

Dəstəyin lazımi işlərə göstərilməsi üçün Fond aidiyyəti dövlət orqanları ilə sıx əlaqə saxlayacaq (o cümlədən, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupları vasitəsi ilə), həmçinin müvafiq strukturların nümayəndələrinin bilavasitə iştirakı ilə yerlərdə vəziyyəti təhlil edəcək.

Bu istiqamətdə müvafiq fəaliyyəti həyata keçirərkən, Fond aşağıdakı normativ-hüquqi aktları nəzərə alacaq (lakin, onlarla məhdudlaşmayacaq):

  • Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı.

* "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının mətnindən çıxarış.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021 tarixli qərarı ilə təsdiq olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025) Yüklə (.pdf, 14.7MB)
Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi