Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub

|
Paylaş:

Pərvin Məmmədova Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun İctimaiyyətlə əlaqələr və Kommunikasiya üzrə koordinatoru vəzifəsinə təyin edilib.

Məmmədova Pərvin Mətləb qızı 19 iyun 1989-cu ildə Masallı rayonunda anadan olub. 2008-2012-ci illərdə  Bakı Slavyan Universitetinin “Tərcümə” fakultəsində təhsil alıb. Hazırda Türkiyənin İstanbul Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alır.

2011-ci ildə peşə fəaliyyətinə Azad Azərbaycan Teleradio Yayım Şirkətində müxbir kimi başlayan Pərvin Məmmədova, daha sonra MTV Azərbaycan televiziyasında aparıcı kimi çalışıb. O, 2014-2016-cı illərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin  İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis, 2016-2018-ci illərdə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışıb. Pərvin Məmmədova fəaliyyətini Bakı Beynəlxalq Avtovağzal Kompleksində mətbuat xidmətinin rəhbəri kimi davam etdirib. O, son olaraq Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsi, eyni zamanda bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədilə yaradılıb.

Digər xəbərlər