Rəhman Hacıyev “Real intervyu” verilişinin qonağı olub - VİDEO

Rəhman Hacıyev “Real intervyu” verilişinin qonağı olub - VİDEO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Real Televiziyanın efirində yayımlanan “Real intervyu” verilişinin qonağı olub.

Rəhman Hacıyev Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun ötənilki fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışarkən vurğulayıb ki, ötən il Qarabağ Dirçəliş Fondunun fəaliyyətində əsas yeri ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması, ianə mədəniyyətinin təbliği kimi məsələlər tuturdu. Çünki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

R.Hacıyev cari ildə nəzərdə tutulan layihələr,  fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib.

İdarə Heyətinin sədri bildirib ki, çox sevindirici haldır ki, vətəndaşların Qarabağın dirçəlişi istiqamətində iştirakçılılığı günbəgün artır.

Rəhman Hacıyev çıxışı zamanı müharibələrdən sonra dağıntıların aradan qaldırılması ilə bağlı dünya təcrübəsi və bu işdə cəmiyyətin rolundan da bəhs edib.

Digər xəbərlər