Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib - FOTO

Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib - FOTO

|
Paylaş:

Bir neçə gün öncə gözəl Şuşaya səfərimiz baş tutdu. Amma bu səfərdə tək deyildim və çox gözəl təşəbbüs üçün orada idik.

Qarabağ Dirçəliş Fondunun donoru olan “İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd “JAC N120” şassisi üzərində quraşdırılmış “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikasını və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaq doldurma məntəqəsini şirkətin nümayəndələri ilə birlikdə Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verdik.

Qeyd edim ki, yaxın günlərdə “İmprotex” şirkəti tərəfindən daha bir neçə texnika – 10 tonluq mobil yanacaq doldurma məntəqəsi və yanacaq doldurma məntəqələrinin daşınması üçün xüsusi traktor Şuşa üçün ianə ediləcək.

Şübhəsiz ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi işğal nəticəsində Qarabağa dəymiş misilsiz ziyanın aradan qaldırılması sahəsində artıq mühüm işlər görməkdədir. Qarabağ Dirçəliş Fondu da öz növbəsində görülən işləri dəstəkləməyə hər zaman hazırdır.

Qeyd edim ki, Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib. Bütün donorlara, eyni zamanda “İmprotex” şirkətinə xüsusi minnətdarlığımı bildirirəm.

Birliyimiz işğaldan azad edilən ərazilərdə görülən işlərin sürətlənməsinə və Qarabağın dirçəlişinə töhfə verəcək.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

Digər xəbərlər