“Bir bilet = bir ağac” şüarı altında 5-ci Animafilm Festivalı keçiriləcək

“Bir bilet = bir ağac” şüarı altında 5-ci Animafilm Festivalı keçiriləcək

|
Paylaş:

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixlərində Nizami Kino Mərkəzində keçiriləcək.

Qeyd edək ki, festivalın bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Təbiətin dostu olan hər kəsi bilet əldə edərək bu mühüm təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Əldə etdiyiniz hər bilet Qarabağı daha yaşıl bərpa etməyə imkan verəcək.

Qarabağı BİRLİKDƏ daha gözəl bərpa edəcəyik!

Biletləri əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/AnimaFilm-Tripsome_QarabagDircelishFondu

Festival haqqında daha ətraflı: bit.ly/3cis7cR

Digər xəbərlər