Qarabağ Dirçəliş Fondunun kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

Qarabağ Dirçəliş Fondunun kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarlarının üzərinə çiçəklər düzülüb.

Xalqımız hər zaman şəhidlərimizin, qəhrəman övladlarımızın şücaətini yüksək qiymətləndirir, xatirəsini uca tutur.

Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir arzu edirik.

Ruhunuz şad olsun!

Digər xəbərlər