Rəhman Hacıyev AZPROMO və DEİK-in birgə təşkilatçılığı ilə keçirilən “İnvestment Roadshow” adlı tədbirdə iştirak edib - FOTO

Rəhman Hacıyev AZPROMO və DEİK-in birgə təşkilatçılığı ilə keçirilən “İnvestment Roadshow” adlı tədbirdə iştirak edib - FOTO

|
Paylaş:

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Ticarət bakanı Mehmet Muşun iştirakı ilə Azərbaycanın sərmayə imkanlarının təqdimatı, ixracat, kənd təsərrüfatı, tranzit, turizm sahələrini əhatə edən “İnvestment Roadshow” adlı görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) birgə təşkilatçılığı ilə keçirilən görüşdə Türkiyənin aparıcı şirkətləri, o cümlədən sahibkarlığın, investisiyaların və ixracın təşviqi qurumlarının nümayəndələri iştirak edib.

Video formatda keçirilən tədbirdə Azərbaycan tərəfindən aidiyyatı dövlət qurumları, Türkiyə tərəfindən isə dövlət qurumları ilə yanaşı, qarşı tərəfin aparıcı şirkətlərinin, o cümlədən sahibkarlığın, sərmayələrin və ixracın təşviqi qurumlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılıb.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi, mövcud vəziyyəti və investisiya potensialı mövzusunda  ətraflı məlumat verən Rəhman Hacıyev Qarabağın bərpası istiqamətində vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qarabağ Dirçəliş Fondunun işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləyəcəyini bildirən Rəhman Hacıyev,  bu vəzifələrin icrasının digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində və müvafiq dövlət proqramları çərçivəsində həyata keçiriləcəyini bildirib.

O, bərpa prosesinin insan kapitalının inkişaf etdirilməsi, işğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın dayanıqlılığının təmin olunması,  dövlət xərclərinin azaldılması məqsədilə bərpa prosesinə özəl, həmçinin yerli və xarici investisiyaların cəlb edilməsi, xüsusilə dövlət və özəl sektor tərəfdaşlığından geniş istifadə olunması kimi bir neçə əsas prinsip üzərində qurulacağını xüsusi vurğulayıb.

Digər xəbərlər