Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə texnikaların ianə edilməsi

Şuşa şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/6

Layihə haqqında

  • Resipiyent: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
  • Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu, “İmprotex” şirkətlər qrupu

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur.

Buna görə də Qarabağ Dirçəliş Fondu tərəfdaş və donorların dəstəyi ilə Qarabağda həyata keçirilən layihələrin icrası üçün tələb olunan texniki vasitələrin və digər zəruri avadanlıqların təmin edilməsini həyata keçirir.

Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində istifadə olunur.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə ianə edilən texnikanın siyahısı:

  • “JAC N120” şassisi üzərində quraşdırılmış “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikası;
  • Yanacaqdoldurma məntəqələrinin və digər yüklərin daşınması üçün bir ədəd “Hattat” markalı traktor;
  • 10 tonluq mobil yanacaqdoldurma çəni;
  • 5 tonluq mobil yanacaqdoldurma çəni;

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.