Onlayn platformalarda

Hörmətli cənab/xanım!

Qarabağ Dirçəliş Fonduna ianə etməklə, Siz erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə dəstək verən minlərlə soydaşımıza qoşulacaqsınız.

İanəni rəsmi saytımızla yanaşı, ölkənin müxtəlif onlayn ödəniş platformalarında etmək mümkündür. Bunun üçün “Xeyriyyə” bölməsinə daxil olmaq kifayətdir.

Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Biz nə
edirik?

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun missiyası, dəyərləri və məqsədləri haqqında ətraflı burada.

Mən nə üçün
ianə etməliyəm?

Qarabağın erməni işğalından azad edilməsi dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı.

Qarabağ Dirçəliş Fonduna ianə edərək Siz,

  • Erməni işğalçılar tərəfindən dağıdılan minlərlə tarixi abidələrimizin bərpasına, şəhər və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə,
  • Məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsinə,
  • Həmin ərazilərin sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsinə,
  • İşğaldan azad edilmiş ərazilərdə layiqli yaşayış şəraitinə nail olunmasına öz töhfənizi vermiş olacaqsınız.

Erməni işğalçıları tərəfindən Qarabağa vurulan zərər haqqında daha ətraflı məlumatla videoçarxda və Karabakh.Center internet-resursunda tanış ola bilərsiniz.

Mənim ianəm
nəyə sərf olunur?

Sizin ianələriniz Qarabağda aparılan bərpa və yenidənqurma işləri, ekoloji layihələr, bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə sərf olunacaq.

  • Fondun fəaliyyətinin 2022-2025-ci illər üzrə prioritetləri haqqında ətraflı burada.
  • Bu günə qədər Fondun maliyyə dəstəyi hesabına icra olunan layihələr haqqında ətraflı məlumat burada.
  • Fondun maliyyə hesabatları və müstəqil auditorun rəyi ilə bu linkdə tanış ola bilərsiniz.