ABB Mobile
Hörmətli cənab/xanım!
Qarabağ Dirçəliş Fonduna ianə etməklə, Siz erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə dəstək verən minlərlə soydaşımıza qoşulacaqsınız.
İanəni rəsmi saytımızla yanaşı, ölkənin müxtəlif banklarının və ödəniş sistemlərinin mobil tətbiqlərində də etmək mümkündür. Bunun üçün “Xeyriyyə” bölməsinə daxil olmaq kifayətdir.
Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!
ABB Mobile
Xalq online
AFB Bank
Unibank
Rabitəbank
EXPRESS BANK / E-pay
Bank Respublika
Bank of Baku
Paşa bank
BTB Bank
Bank Avrasiya
Premium Bank
Azər-Türk Bank
Ziraat Bank
Yapi Kredi Bank
Access Bank
Turan Bank
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun missiyası, dəyərləri və məqsədləri haqqında ətraflı burada.
Qarabağın erməni işğalından azad edilməsi dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı.
Qarabağ Dirçəliş Fonduna ianə edərək Siz,
Erməni işğalçıları tərəfindən Qarabağa vurulan zərər haqqında daha ətraflı məlumatla videoçarxda və Karabakh.Center internet-resursunda tanış ola bilərsiniz.
Sizin ianələriniz Qarabağda aparılan bərpa və yenidənqurma işləri, ekoloji layihələr, bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə sərf olunacaq.