Zəngilan rayonuna texnikanın ianə edilməsi

Zəngilan rayonu | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/1

Layihə haqqında

  • Resipiyent: “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ
  • Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində pul vəsaiti ilə yanaşı texniki vasitələrə də ehtiyac duyulur.

Buna görə də Qarabağ Dirçəliş Fondu tərəfdaş və donorların dəstəyi ilə Qarabağda həyata keçirilən layihələrin icrası üçün tələb olunan texniki vasitələrin və digər zəruri avadanlıqların təmin edilməsini həyata keçirir.

Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində istifadə olunur.

Zəngilan rayonuna ianə edilən texnika:

  • “İsuzu” FSR 90 L şassi üzərində 10 tonluq su çəni (ön və arxa şırnaq, yüksək təzyiqli su kəməri, dolma və təzyiqli sulama nasosu ilə birgə).

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.