İdarə Heyəti

Rəhman Hacıyev
Sədr

İdarə Heyəti

Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.

O, 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə daxil olub, universitetin Bakalavr və Magistr dərəcəsini (qırmızı diplomla) bitirib. 2019-2020-ci illərdə İE Business School (Madrid, İspaniya) universitetində “Global Executive MBA” (Qlobal biznesin idarə edilməsi üzrə magistr) pilləsi üzrə təhsil alıb.

Rəhman Hacıyev 2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olmaqla yanaşı, həmin şirkətdə müxtəlif vəzifələrdə çalışıb.

O,  2009-cu ildən “First News Media” İnformasiya Agentliyinin baş redaktoru və icraçı direktoru, 2011-ci ildən isə  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Hazırda “Sabah” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Ailəlidir, 2 övladı var.