Bədəlbəyli Farhad Şəmsi oğlu 27 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
1965-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
1969-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olub, 1971-ci ildə oranı bitirib.
1967 və 1968-ci illərdə Praqa və Lissabonda keçirilən müsabiqələrdə qalib olub. 1971-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1973-cü ildə baş müəllim, 1978-ci ildə dosent, 1985-ci ildə professor vəzifələrinə təyin olunub.
1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 1985-ci ildə Dövlət mükafatı, 1990-cı ildə SSSR Xalq artisti adına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2017-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.
1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışır.
1989-cu ildən Azərbaycan Musiqi Xadimləri İttifaqının sədridir. 2009-cu ildən Qəbələ Musiqi Festivalının bədii rəhbəridir.
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.