Ədalət Cəlal oğlu Muradov 29 yanvar 1962-ci ildə anadan olub. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib. 1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçib. 1985-1990-cı illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil alıb. 1993-cü ildə Kiyev Dövlət Universitetinin aspiranturasını bitirib, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1994-cü ildə “Profi – AD” LTD (Kiyev) şirkətinə rəhbərlik edib.
1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında şöbə müdiri vəzifəsində işləyib.
1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb.
2002-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) Makroiqtisadi təhlil və proqnozlaşdırma, 2007-2009-cu illərdə Xarici ticarət siyasəti və ümumdünya ticarət təşkilatı, 2009-2014-cü illərdə isə İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbələrinə rəhbərlik edib.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru təyin edilib.
Dövlət qulluğunun müşaviridir.
24 sentyabr 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
9 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.
İngilis, ukrayna və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.