Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik etdi

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik etdi

|
Paylaş:

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 46 (Cild I) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci–onuncu abzaslar müvafiq olaraq üçüncü–on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi”.

2. Dördüncü abzas ləğv edilsin.

3. Altıncı abzasdan “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,” sözləri çıxarılsın".

Mənbə: President.az

Digər xəbərlər