Qarabağı
daha yaşıl bərpa edək!
pxl

Erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir müddət ərzində Qarabağda törədilən ekoloji terror, həmin ərazilərdə keçirilən qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı nəticəsində işğaldan azad edilən ərazilərimizdə ekologiyaya ciddi ziyan dəyib.

Hər kəs işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsində fəal iştirak etməklə regionda dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına və inkişafına töhfə verə bilər.

Gələcək nəsillər bu meşələrin yaratdığı kölgə və təbii istirahət zonalarından zövq alacaq və bütün bölgə bir daha çiçəklənən və sağlam ekosistemdən faydalanacaq.

Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi ağacların əkilməsi nəzərdə tutulur.

Ağacəkmə
Ağac ianə et
Novruz
Novruz bayramı
8 Mart
8 Mart Beynəlxalq Qadınlar Günü