SMS ianə üçün Təlimat

8112

Bütün mobil operator istifadəçiləri 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 açar sözlərini sms vasitəsilə göndərməklə Qarabağ Dirçəliş Fonduna müvafiq olaraq 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN, 50 AZN məbləğində ianə edə bilər.

 

SMS göndərdikdən dərhal sonra istifadəçiyə ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

Hörmətli istifadəçilər, əməliyyatın hər hansı bir səbəbdən uğursuz olması ilə bağlı sms aldığınız təqdirdə, ianə edə bilmək üçün aşağıda qeyd olunan müvafiq mətnlərə nəzər sala bilərsiniz.

 

Əgər “Hormetli abunechi, balansinizda kifayet qeder vesait yoxdur. QDF-e iane etmek uchun balansinizi artirin.” mətnli sms almısınızsa:

- Fakturalı xətt sisteminə aid nömrələrin balansından Qarabağ Dirçəliş Fonduna ianə edilməsi yalnız nömrənin balansında avans məbləği olduğu halda, həmçinin həmin avans məbləği fakturalı xətt sisteminə aid nömrədə kəsilmiş faktura(lar) borcu və cari istifadə borcunun cəmindən çox olduğu halda mümkündür.

Əgər “Hormetli abunechi, korporativ abonent oldugunuzdan QDF-e ianeniz kechmedi. Iane etmek uchun ferdi abune nomresinden istifade etmeyiniz tovsiyye olunur.” mətnli sms almısınızsa:

- Yalnız fərdi (fiziki şəxsin adına olan nömrələr) “Post-paid” və "Pre-paid" abunəçiləri Qarabağ Dirçəliş Fonduna sms vasitəsilə ianə edə bilər.

 

Əgər “Hormetli Abunechi, teessuf ki, bu xidmetin Sizin tarif planiniza tetbiq edilmesi mumkun deyil.” mətnli sms almısınızsa:

- Qeyd edək ki, korporativ “Post-paid” abunəçiləri istisna olmaqla, digər “Post-paid” abunəçiləri Qarabağ Dirçəliş Fonduna 1, 3, 5, 10 AZN məbləğində ianə edə biləcəklər.

 

Əgər “Hormetli abunechi, teessuf ki, bu xidmetin Sizin tarif planiniza tetbiq edilmesi mumkun deyil.” mətnli sms almısınzsa:

- Yalnız “Pre-paid” abunəçiləri Qarabağ Dirçəliş Fonduna 1, 3, 5, 10, 20, 50 AZN məbləğində ianə edə bilər.