Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı 28 May – Müstəqillik Günü ilə bağlı sizə əziz və doğma olan insanların adından ianə etməklə həm onları sevindirin, həm də Qarabağın bərpasına dəstək olun.
Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun missiyası, dəyərləri və məqsədləri haqqında ətraflı burada.
Qarabağın erməni işğalından azad edilməsi dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı.
Qarabağ Dirçəliş Fonduna ianə edərək Siz,
Erməni işğalçıları tərəfindən Qarabağa vurulan zərər haqqında daha ətraflı məlumatla videoçarxda və Karabakh.Center internet-resursunda tanış ola bilərsiniz.
Sizin ianələriniz Qarabağda aparılan bərpa və yenidənqurma işləri, ekoloji layihələr, bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə sərf olunacaq.