SMS ilə ianə

Hörmətli cənab/xanım!

Qarabağ Dirçəliş Fonduna ianə etməklə, Siz erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə dəstək verən minlərlə soydaşımıza qoşulacaqsınız.

İanəni rəsmi saytımızla yanaşı, ölkənin bütün mobil operatorlarının şəbəkələrində bir SMS göndərməklə də etmək mümkündür. Bunun üçün bu səhifədə əks olunan təlimatla tanış olmaq kifayətdir.

Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!

SMS ilə

8112

Bu nömrəyə Azercell, Bakcell, Nar operatorlarının öncədən ödənişli abunəçiləri 1, 3, 5, 10, 20, 50 açar sözlərini sms ilə göndərməklə müvafiq olaraq 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN, 50 AZN məbləğində ianə edə bilərlər.

Tez-tez verilən suallar

Əgər “Hormetli abunechi, balansinizda kifayet qeder vesait yoxdur. QDF-e iane etmek uchun balansinizi artirin.” mətnli sms almısınızsa:

Fakturalı xətt sisteminə aid nömrələrin balansından Qarabağ Dirçəliş Fonduna ianə edilməsi yalnız nömrənin balansında avans məbləği olduğu halda, həmçinin həmin avans məbləği fakturalı xətt sisteminə aid nömrədə kəsilmiş faktura(lar) borcu və cari istifadə borcunun cəmindən çox olduğu halda mümkündür.

Əgər “Hormetli abunechi, korporativ abonent oldugunuzdan QDF-e ianeniz kechmedi. Iane etmek uchun ferdi abune nomresinden istifade etmeyiniz tovsiyye olunur.” mətnli sms almısınızsa:

Yalnız fərdi (fiziki şəxsin adına olan nömrələr) “Post-paid” və "Pre-paid" abunəçiləri Qarabağ Dirçəliş Fonduna sms vasitəsilə ianə edə bilər.

Əgər “Hormetli Abunechi, teessuf ki, bu xidmetin Sizin tarif planiniza tetbiq edilmesi mumkun deyil.” mətnli sms almısınızsa:

Qeyd edək ki, korporativ “Post-paid” abunəçiləri istisna olmaqla, digər “Post-paid” abunəçiləri Qarabağ Dirçəliş Fonduna 1, 3, 5, 10 AZN məbləğində ianə edə biləcəklər.

Əgər “Hormetli abunechi, teessuf ki, bu xidmetin Sizin tarif planiniza tetbiq edilmesi mumkun deyil.” mətnli sms almısınzsa:

Yalnız “Pre-paid” abunəçiləri Qarabağ Dirçəliş Fonduna 1, 3, 5, 10, 20, 50 AZN məbləğində ianə edə bilər.

Biz nə
edirik?

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun missiyası, dəyərləri və məqsədləri haqqında ətraflı burada.

Mən nə üçün
ianə etməliyəm?

Qarabağın erməni işğalından azad edilməsi dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı.

Qarabağ Dirçəliş Fonduna ianə edərək Siz,

  • Erməni işğalçılar tərəfindən dağıdılan minlərlə tarixi abidələrimizin bərpasına, şəhər və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə,
  • Məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsinə,
  • Həmin ərazilərin sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsinə,
  • İşğaldan azad edilmiş ərazilərdə layiqli yaşayış şəraitinə nail olunmasına öz töhfənizi vermiş olacaqsınız.

Erməni işğalçıları tərəfindən Qarabağa vurulan zərər haqqında daha ətraflı məlumatla videoçarxda və Karabakh.Center internet-resursunda tanış ola bilərsiniz.

Mənim ianəm
nəyə sərf olunur?

Sizin ianələriniz Qarabağda aparılan bərpa və yenidənqurma işləri, ekoloji layihələr, bu ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə sərf olunacaq.

  • Fondun fəaliyyətinin 2022-2025-ci illər üzrə prioritetləri haqqında ətraflı burada.
  • Bu günə qədər Fondun maliyyə dəstəyi hesabına icra olunan layihələr haqqında ətraflı məlumat burada.
  • Fondun maliyyə hesabatları və müstəqil auditorun rəyi ilə bu linkdə tanış ola bilərsiniz.