Media mərkəzi / Vakansiyalar
//= $specialTitle ?? SECTIONS[SECTION_ID]['titleMenu'] ?>
Vakansiyalar
Aparıcı mütəxəssis
Layihələrin idarəedilməsi şöbəsi
Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL
Vəzifə öhdəlikləri:
Fonda daxil olan layihələr üzrə müraciətlərin təhlilində iştirak etmək, zəruri məlumatları toplamaq, bununla bağlı müvafiq arayışlar hazırlamaq;
Layihələrlə bağlı yerli və beynəlxalq təcrübələri araşdırmaq və onların tətbiqinə dair təkliflər vermək;
Layihələr üzrə müvafiq layihə cədvəllərini və iş qrafiklərini hazırlamaq;
Layihələrin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin və Fondun daxili prosedur və qaydalarına uyğun idarə olunmasını təmin etmək;
Fond tərəfindən maliyyələşdirilən layihələrin səmərəli təşkilini və idarə olunmasında iştirak etmək, bununla bağlı müvafiq dövlət qurumlarından bütün tələb olunan icazə və razılıqların alınmasını təşkil etmək;
Layihələrin icrasına nəzarət etmək və bununla bağlı hesabatlar hazırlamaq;
Layihələr üzrə planlaşdırılmış və plandankənar monitorinqlərdə iştirak etmək;
Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlardan və şəxslərdən zəruri məlumatları əldə etmək;
Layihələrin icrasını ilə bağlı risklərin müəyyən edilməsində iştirak etmək;
Layihələrlə əlaqədar mütəmadi koordinasiya və kommunikasiyanı həyata keçirmək;
Layihələr üzrə aparılan satınalma proseslərində iştirak etmək;
Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.
Təhsil:
Müvafiq sahə üzrə Ali təhsil (magistratura təhsili üstünlükdür) .
Təcrübə:
Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 4 il iş təcrübəsi.
PMP, CAMP və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
Microsoft Outlook, Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Power Point və Adobe Acrobat arzuolunandır);
Eskiz və işçi layihəni oxuma bacarığı;
Stressə davamlılığı və bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;