Media mərkəzi / Vakansiyalar
//= $specialTitle ?? SECTIONS[SECTION_ID]['titleMenu'] ?>
Vakansiyalar
Hüquq şöbəsinin aparıcı mütəxəssisi
Hüquq şöbəsi
Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL
Vəzifə öhdəlikləri:
Normativ aktları hazırlamaq və ekspertizasını təşkil etmək;
Bütün əqdlərin, müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hazırlanması və hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
Korporativ fəaliyyət ilə bağlı daxili qayda, təlimat və iş prosedurları hazırlamaq və Fondun fəaliyyətinin müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğunu (komplayns) təmin etmək;
Fondun fəaliyyətində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək;
Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrini hazırlamaq, struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərmək, həmin sənədlərə dair hüquqi rəylər vermək;
Korporativ idarəetmə ilə bağlı hüquqi məsləhətlər vermək;
Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarını təklif etmək;
Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Fondu təmsil etmək;
Ehtiyac duyulduqda məhkəmə proseslərində Fondu təmsil etmək;
Qanunvericiliyə edilmiş əlavələri izləyərək aidiyyatı struktur bölmələrini məlumatlandırmaq və Fondun fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək.
Təhsil:
Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
Beynəlxalq sertifikatların olması arzuolunandır.
Təcrübə:
Hüquq sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan Respublikasının mülki qanunvericiliyini mükəmməl bilməli;
Normayaratma və hüquqi ekspertiza bacarığı olmalı;
Dövlət satınalmaları haqqında qanunvericiliyi mükəmməl bilməli;
Qrantın verilməsi haqqında qanunvericiliyi mükəmməl bilməli;
Şəhərsalma və tikinti sahəsində qanunvericiliyi bilməli;
İnvestisiyalar haqqında qanunvericiliyi bilməli;
Xarici ölkələrin qanunvericiliyini analiz etmə bacarığı olmalı;
Hüquqi yazı və hüquqi analiz bacarığı olmalı;
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır) olmalı;
MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel proqramını mükəmməl bilməli) olmalı;
Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;
Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı olmalı;
Təşkilatçılıq və layihələri idarə etmək bacarığı olmalı;