Vakansiyalar

Aparıcı mütəxəssis

Fandreyzinq və kommunikasiya şöbəsi

Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL

Vəzifə öhdəlikləri:

Donorlarla münasibətlər:

  • Mövcud və potensial donorların müəyyənləşdirilməsi və onlarla əlaqələrin qurulması və davam etdirilməsi;
  • Donorların cəlb edilməsi üçün xüsusi strategiyaların işlənib hazırlanmasında iştirak;
  • Donorların rəy və təkliflərini öyrənmək üçün sorğuların keçirilməsində iştirak və əldə edilən nəticələrə müvafiq olaraq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
  • Donorların öz dostlarını, ailə üzvlərini, əməkdaşlarını Qarabağın bərpa və yenidənqurma işlərinə dəstək olmaq üçün ianə prosesinə cəlb etmələri məqsədilə təşviqat işlərinin aparılması ;
  • Sosial media platformalarında donorlarla aktiv və səmərəli şəkildə münasibətlərin inkişaf etdirilməsi, potensial donorlarla  ünsiyyətin qurulması;
  • Qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq və bu yolla donorları cəlb etmək məqsədilə yerli biznes və ya təşkilatlarla əməkdaşlıq;
  • Donorların Fondun missiyası, eyni zamanda maliyyə dəstəyi göstərdiyi layihələrlə bağlı mütəmadi məlumatlandırılmasının təmin edilməsi;
  • Münasibətlərin daha effektiv inkişafı məqsədilə tendensiyaları və imkanları müəyyənləşdirmək üçün donorlarla bağlı məlumatların davamlı təhlil edilməsi.

İanə kampaniyaları:

  • Müxtəlif platformalarda və yaxud Fondun veb-saytında onlayn kütləvi ianə kampaniyalarının planlaşdırılmasında iştirak və icrası;
  • Donorların fəaliyyət tarixçəsi, demoqrafik göstəriciləri və maraqları kimi amillər əsasında hədəf auditoriyanın müəyyənləşdirilməsi və seqmentləşdirilməsi;
  • Kampaniyanın mesajının effektiv şəkildə çatdırılması məqsədilə inandırıcı məzmunun, o cümlədən video, qrafika və yazılı materialların ərsəyə gətirilməsi üçün kommunikasiya komandası ilə birgə iş;
  • Birbaşa məktub kampaniyalarının, o cümlədən potensial donorlara göndəriləcək məktubların dizayn edilməsi və göndərilməsi;
  • Keçirilən kampaniyalara diqqəti cəlb etmək, yeniliklərin paylaşılması və  kampaniyaların sosial media platformalarında təşviq edilməsi istiqamətində kommunikasiya komandası ilə birgə iş;
  • Kampaniyalarda iştirak etmələri və kampaniyaların potensial olaraq fəal elçiləri olmaları üçün mövcud donorlar və tərəfdaşlarla əlaqələrin qurulması;
  • Kampaniyanın gedişatının qoyulan hədəflərə çatması istiqamətində davamlı olaraq monitorinqin aparılması və təhlil edilməsi, fəaliyyətin səmərəliliyinin optimallaşdırılması üçün real vaxtda müdaxilələrin edilməsi;
  • Kampaniyalar həyata keçirildikdən sonra onların nəticələrini, əldə edilən təcrübə və gələcək üçün tövsiyələri ətraflı şəkildə təsvir edən müfəssəl hesabatların hazırlanması;
  • Kampaniyaların effektivliyini qiymətləndirmək, təkmilləşdirilməli nüansları müəyyənləşdirmək məqsədilə donor və iştirakçılardan rəy və təkliflərin əldə edilməsi;
  • Aylıq, rüblük və illik toplanan ianə məbləğləri ilə bağlı hesabatların hazırlanmasında iştirak.

Tədbirlərin təşkili:

  • Fandreyzinq tədbirlərinin (qala, xeyriyyə hərracları və s.) təşkil edilməsində iştirak;
  • İştirakçılar üçün onlayn bilet sifarişi sistemi və ya qeydiyyat prosesinin qurulması, bilet satışlarının və iştirakçıların məlumatlarının idarə edilməsi;
  • Həyata keçirilən tədbirlərin müxtəlif kommunikasiya kanalları, o cümlədən sosial media, e-poçtla marketinq və press-reliz vasitəsilə təbliğatı üçün marketinq planının işlənib-hazırlanması, eyni zamanda icrasında iştirak;
  • Tədbirlərin müfəssəl proqramının, o cümlədən nitqlərin, təqdimatların, bədii hissələrinin və hər hansı bir xüsusi fəaliyyətlərin işlənib-hazırlanmasında iştirak;
  • Xərcləri azaltmaq və ianələrin cəlb edilməsi potensialını artırmaq məqsədilə tədbirlər üçün sponsorların araşdırılması və yerli bizneslərlə tərəfdaşlıqların qurulması;
  • İştirakçıların tədbirlərdə yerində ianə etməsi və ya keçirilən hərraclarda  obyektlərin (lot) əldə edilməsi üçün rahat üsulların təmin edilməsi;
  • Həyata keçirilən tədbirlərin gəlir və xərclərinin ətraflı şəkildə əks etdirən maliyyə hesabatlarının hazırlanması və nəzərdə tutulan büdcə ilə müqayisə edilməsində iştirak.

Məlumat bazasının idarə edilməsi:

  • Donorlar haqqında məlumatların, verilən hədiyyələr və onlarla qurulan ünsiyyət barədə detalların dəqiq və çevik şəkildə məlumat bazasına daxil edilməsi;
  • Donorlar barəsində geniş profillərin, o cümlədən əlaqə məlumatları, tarixçələri və əlaqənin qurulması üçün üstünlük verdikləri kanallar barədə məlumatların yaradılıb-saxlanılması;
  • Donorlarla qurulan ünsiyyəti və fəaliyyət tarixçəsini izləmək üçün telefon zəngləri, görüş və elektron poçt yazışmaları kimi ünsiyyət kanallarının bazasının yaradılması ;
  • Donorlarla bağlı hesabatların formalaşdırılması və donorların ianə etmə tendensiyalarının təhlili;
  • Məlumatların məxfilik reqlamentinə uyğunluğunun təmin edilməsi;
  • Potensial iri donorları və ya qrant imkanlarını müəyyənləşdirmək üçün perspektivlərin araşdırılması məqsədilə məlumat bazasından istifadə.

Təhsil:

  • Ali təhsil – bakalavr (mütləq), magistr (arzuolunan)
    Qeyd: humanitar elmlər və ya biznes üzrə təhsil alan namizədlərə üstünlük veriləcək.

Təcrübə:

Satış, marketinq, PR və kommunikasiya və ya fandreyzinq sahələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.

Bilik və bacarıqlar:

  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacağı;
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Təşkilatçılıq və layihələri idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarıqları.

İş şəraiti:

  • İş saatları - 09:00-dan – 18:00-dək.
  • Şənbə, bazar istirahət günləridir.

Əmək haqqı: 

Müsahibə zamanı əlavə məlumat veriləcək.

VAKANSİYA AKTİV DEYİL