Vakansiyalar

Referent

Katiblik və Ümumi işlər şöbəsi

Elanın yerləşdirilmə tarixi:

Vəzifə öhdəlikləri:

  1. Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;
  2. Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;
  3. Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;
  4. Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
  5. Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;
  6. Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
  7. Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
  8. Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;
  9. Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;
  10. Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Təhsil:

  • Ali təhsil.

Təcrübə:

  • Sənədləşmə sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.

Bilik və bacarıqlar:

  1. Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  2. Sənədləşmə sahəsində qüvvədə olan əsas normativ qayda və prinsiplər barədə bilik;
  3. Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  4. Elektron sənəd dövriyyəsi sistemində işləmək bacarığı;
  5. Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
  6. Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  7. Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  8. Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
  9. Təşkilatçılıq bacarığı;
  10. Təqdimat və hesabat hazırlamaq bacarığı.

İş şəraiti:

  • İş saatları - 09:30-dan – 18:30-dək.
  • Şənbə, bazar istirahət günləridir.

Əmək haqqı:

Müsahibə zamanı əlavə məlumat veriləcək.