Vakansiyalar

Maliyyə şöbəsinin aparıcı mütəxəssisi

Maliyyə şöbəsi

Elanın yerləşdirilmə tarixi:

Vəzifə öhdəlikləri:

  1. Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
  2. Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
  3. Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasını təhlil etmək;
  4. Elektron qaimə-fakturaların, hesab-fakturaların, aktların və digər ilkin uçot sənədlərinin mühasibat uçotu və vergi qanunvericiliyi baxımından düzgünlüyünü yoxlamaq;
  5. Fondun təsərrüfat və maliyyə əməliyyatlarının müvafiq müxabirləşmələr əsasında 1C 8.3 proqramında düzgün və vaxtında əks etdirilməsində iştirak etmək;
  6. Mühasibat hesabları üzrə dövriyyə və qalıqları, debitor və kreditor hesablaşmalarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və üzləşdirmələrin aparılmasında iştirak etmək;
  7. Əsas vəsaitlərin və mal-materialların uçotunu aparmaq, amortizasiya məbləğini hesablamaq, inventarizasiya prosesində iştirak etmək və müvafiq əməliyyatların 1C 8.3 proqramında düzgün əks etdirilməsini təmin etmək;
  8. Vergi öhdəliklərinin hesablanması, vergi uçotunun aparılması, vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanması, yoxlanılması və qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim edilməsində iştirak etmək;
  9. Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
  10. Maliyyə və mühasibat məlumatlarını MS Excel vasitəsilə emal və təhlil etmək, üzləşdirmələr, hesablamalar və analitik hesabatlar hazırlamaq;
  11. Maliyyə və mühasibat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
  12. Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
  13. Büdcə icrasının monitorinqini aparmaq, faktiki nəticələri büdcə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları və xərc maddələrini təhlil etmək;
  14. Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə və mühasibat sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
  15. Maliyyə, mühasibat uçotu, vergi və hesabatlılıqla bağlı riskləri və uyğunsuzluqları müəyyənləşdirmək, onların aradan qaldırılması və azaldılması istiqamətində təkliflər vermək;
  16. Maliyyə və mühasibat uçotu, hesabatlılıq və daxili proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
  17. Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;

Təhsil:

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
  • ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.

Təcrübə:

  • Maliyyə, mühasibat uçotu və vergi istiqamətlərini əhatə edən minimum 4 il iş təcrübəsi;
  • Mühasibat uçotunun aparılması, ilkin uçot sənədlərinin yoxlanılması, müxabirləşmələrin verilməsi, hesablaşmaların üzləşdirilməsi, əsas vəsaitlərin uçotu və vergi hesabatlılığı üzrə praktiki iş təcrübəsi;
  • 1C 8.3 proqramında gündəlik mühasibat əməliyyatlarının aparılması və uçot məlumatları ilə işləmək üzrə praktiki iş təcrübəsi;
  • MS Excel proqramında yüksək səviyyədə praktiki iş təcrübəsi, o cümlədən böyük həcmli məlumatların emalı, təhlili, üzləşdirilməsi və hesabatların hazırlanması;
  • Maliyyə və mühasibat məlumatlarının analitik təhlili, kənarlaşmaların və uyğunsuzluqların müəyyən edilməsi üzrə praktiki təcrübə; IFRS əsasında maliyyə hesabatlarının hazırlanması və ya audit proseslərində iştirak təcrübəsi üstünlük hesab edilir.

Bilik və bacarıqlar:

  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi, xüsusilə maliyyə terminologiyası üzrə bilik üstünlük hesab edilir;
  • MS Excel proqramında əla səviyyədə işləmək bacarığı (Pivot Table, Power Query, mürəkkəb formulalar, məlumatların təhlili, üzləşdirilməsi və hesabatların hazırlanması);
  • 1C 8.3 proqramında sərbəst və yüksək səviyyədə işləmək, mühasibat əməliyyatlarını düzgün əks etdirmək və uçot məlumatlarını yoxlamaq bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə nəzəri və praktiki biliklər;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər aidiyyəti normativ hüquqi aktlar üzrə nəzəri və praktiki biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması, maliyyə təhlili və büdcə planlaşdırılması sahəsində biliklər;
  • Bank əməliyyatları və ödəniş prosesləri üzrə biliklər;
  • Müqavilələrin maliyyə şərtlərini təhlil etmək bacarığı;
  • Güclü analitik düşünmə, böyük həcmli maliyyə və mühasibat məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və problemləri operativ həll etmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Təqdimat və hesabat hazırlamaq bacarığı.

İş şəraiti:

  • İş saatları - 09:30-dan 18:30-dək.
  • Şənbə və bazar günləri istirahət günləridir.

Əmək haqqı: 

Əmək haqqı barədə məlumat müsahibə mərhələsində təqdim olunacaq.