Media mərkəzi / Vakansiyalar
//= $specialTitle ?? SECTIONS[SECTION_ID]['titleMenu'] ?>
Vakansiyalar
Mütəxəssis
Risklərin idarə olunması və monitorinqi şöbəsi
Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL
Vəzifə öhdəlikləri:
Fondun strukturlarında səlahiyyətlər çərçivəsində daxili nəzarət (monitorinq) tədbirləri, o cümlədən xidməti araşdırmaların və yoxlamaların həyata keçirilməsi;
Fondun fəaliyyətində mövcud və potensial riskləri araşdıraraq vaxtında müəyyən edilməsinin təmin edilməsi;
Risklər üzrə müvafiq təhlillərin aparılması, risk pasportlarının hazırlanması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində iştirak;
Müvafiq qaydaların şərtlərinə uyğun olaraq Fondun fəaliyyətində risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqlərin həyata keçirilməsində iştirak;
Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması;
Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
Maliyyə və mühasibatlıq üzrə monitorinqlərin keçirilməsi, pozuntuların və çatışmazlıqların müəyyən edilib müvafiq təkliflərin verilməsi;
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinin yoxlanılması və nəticələrə dair hesabatın hazırlanması;
Fondun tərtib edilmiş mаliyyə hеsаbаtının və fəаliyyətinin mаliyyə göstəricilərinin təhlil edilməsi;
Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
Dövlət satınalma proseslərinin izlənilməsi və yoxlanılması;
Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının, müqavilələrin və mal-material üzrə təhvil-təslim aktlarının düzgünlüyünün yoxlanılması;
Fondun bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatlarının operativ uçotunun aparılmasına; bank hesabları üzrə edilmiş ödənişlərə; müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsinə nəzarət edilməsi;
Təhsil:
Ali təhsil – bakalavr (mütləq), magistr (arzuolunan) Qeyd: İqtisadiyyat, Maliyyə, Audit, Hüquq üzrə təhsil alan və FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək.
Təcrübə:
Risk idarəçiliyi və daxili nəzarət sahələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 2 il və daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
MS Office (xüsusən Excel) proqramlarında işləmək bacarığı;
Problemlərin həlli bacarığı;
Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
Planlaşdırma bacarığı;
Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;