Media mərkəzi / Vakansiyalar
//= $specialTitle ?? SECTIONS[SECTION_ID]['titleMenu'] ?>
Vakansiyalar
Mütəxəssis
Maliyyə şöbəsi
Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL
Vəzifə öhdəlikləri:
Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarını hazırlamaq və daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların proqram təminatında əks olunması və məbləğin hesablanmasını həyata keçirtmək;
Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
Yanacağın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu və müxtəlif materialların anbardan buraxılması işini həyata keçirtmək;
Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması təmin etmək;
Anbarda qorunub saxlanlıan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini və onların uçotunu aparmaq;
Maliyyə şöbəsində yarana biləcək digər tapşırıqların icrası;
Şöbədaxili rotasiyə nəticəsində digər vəzifələrin qismən icrasına hazır olmalı.
Təhsil:
Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil.
PMS sertifikatı arzuolunandır.
Təcrübə:
Maliyyə və mühasibatlıq sahələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel proqramını mükəmməl bilməli);
1C – 8.3 mühasibatlıq proqramında yüksək səviyyədə işləmək bacarığı;
Mühasibat uçotunun beynəlxalq standartları və Maliyyə hesabatlarının beynəlxalq standartlarını bilməli;
Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində biliklərə sahib olmalı;
Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməli;
Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;