Media mərkəzi / Vakansiyalar
//= $specialTitle ?? SECTIONS[SECTION_ID]['titleMenu'] ?>
Vakansiyalar
Mütəxəssis (front-end tərtibatçı)
İnformasiya texnologiyaları şöbəsi
Elanın yerləşdirilmə tarixi:
VAKANSİYA AKTİV DEYİL
Vəzifə öhdəlikləri:
Verilmiş dizaynın HTML 5, CSS 3, Javscript (ES8 və daha yeni) və digər müasir texnologiyaların istifadəsi ilə kodlaşdırılması;
Kodlaşdırılmış saytı proqram təminatına geyindirilməsi (templeytinq, twig);
Mövcud veb layihələrə texniki və məzmun idarə edilməsi dəstəyi;
Saytın kontent hissəsinin ümumi dizayn konseptinə adaptasiyası;
Veb-də istifadə edilən şəkil formatları ilə iş və onların optimizasiya edilməsi;
Mövcud və yeni hazırlanacaq saytların yeni texnologiyalara uyğunlaşdırılması, minimum 2 il istifadədə olan səyyah versiyaları saytın adaptasiyası və optimizasiyası;
Mövcud və yeni hazırlanacaq saytların sürətli açılması üçün keşin, məzmunun, istifadə edilən kitabxanaların və keşin optimizasiyası. Google Pagespeed və digər alətlərdə yüksək reytinq yığmasına nail olmaq;
Saytın axtarış sistemlərində ilk sıralarda çıxması üçün dəyişikliklərin edilməsi.
Təhsil:
Ali təhsil – bakalavr (mütləq), magistr (arzuolunan) Qeyd: İT sahəsi üzrə təhsil alan namizədlərə üstünlük veriləcək.
Təcrübə:
İT sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
Javascript, HTML, CSS, SCSS texnologiya üzrə biliyi;
Saytın strukturunun SEO-ya uyğun yığılması bacarığı;
Figma ilə işləmə bacarığı;
Sosial şəbəkələrdə istifadə olunan teqlər biliyi;
Gulp, Grunt, Webpack kimi texnologiya biliyi;
Versiyalara nəzarət (version control) ilə işləmə bacarığı;
Adaptiv və cavab verən (responsive) strukturun qulurması bacarığı;
Başlanğıc proqramlaşdırma biliyi (PHP), Verilənlər bazası üzrə biliyi, Linux server, Veb server, DNS biliyi arzuolunandır.
Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
Komandada işləmək bacarığı;
Təqdimat bacarıqları;
Yeni texnologiyaların öyrənilməsi, tətbiqi və tövhələrin verilməsi.