Vakansiyalar

Mütəxəssis

Maliyyə şöbəsi

Elanın yerləşdirilmə tarixi:

Vəzifə öhdəlikləri:

  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunun aparılmasını təmin etmək;
  • Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarını hazırlamaq və daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara təqdim edilən sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablanmasını, xalis balans dəyərinin müəyyən edilməsini və bu əməliyyatların proqram təminatında əks olunmasını və məbləğin hesablanmasını həyata keçirmək;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
  • Yanacağın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu və müxtəlif materialların anbardan buraxılması işini həyata keçirmək;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılmasını, materialların keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılmasını təmin etmək;
  • Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin uçotunu aparmaq;    
  • Maliyyə şöbəsində yarana biləcək digər tapşırıqların icrası;
  •  Şöbədaxili rotasiya nəticəsində  digər vəzifələrin qismən icrasına hazır olmalı.

Təhsil:

  • Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil.
  • PMS sertifikatı arzuolunandır.

Təcrübə:

  • Maliyyə və mühasibatlıq sahələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.

Bilik və bacarıqlar:

  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacarığı (xüsusilə “Excel” proqramını mükəmməl bilməli);
  • 1C – 8.3 mühasibatlıq proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını bilməli;
  • Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində biliklərə sahib olmalı;
  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməli;
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Təşkilatçılıq və layihələri idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarığı.

İş şəraiti:

İş saatları - 09:00-dan – 18:00-dək.

Şənbə və bazar istirahət günləridir.

Əmək haqqı: 

Müsahibə zamanı əlavə məlumat veriləcək.