Vakansiyalar

Mütəxəssis

Layihələrin idarəedilməsi şöbəsi

Elanın yerləşdirilmə tarixi:

Vəzifə öhdəlikləri:

  • Fonda daxil olan layihələr üzrə müraciətləri təhlil etmək və zəruri məlumatları toplamaq, bununla bağlı müvafiq icmallar və arayışlar hazırlamaq;
  • Layihələrlə bağlı yerli və beynəlxalq təcrübələri araşdırmaq və onların tətbiqinə dair təkliflər vermək;
  • Layihələr üzrə maraqlı tərəfləri müəyyən etmək;
  • Layihələr üzrə müvafiq layihə cədvəllərini və iş qrafiklərini hazırlamaq və izlənilməsini həyata keçirmək;
  • Layihələrin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin və Fondun daxili prosedur və qaydalarına uyğun idarə olunmasına nəzarət etmək;
  • Layihələrin icrasına nəzarət etmək və bununla bağlı hesabatlar hazırlamaq;
  • Layihələr üzrə planlaşdırılmış və plandankənar monitorinqlərdə iştirak etmək;
  • Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlardan və şəxslərdən zəruri məlumatlar əldə etmək;
  • Layihələrin icrasını ilə bağlı risklərin müəyyən edilməsində iştirak etmək;
  • Layihələr üzrə əlaqələndirmə işlərini həyata keçirmək, layihə komandası, podratçı və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
  • Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.

Təhsil:

  • Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil. Maqistr və ya digər elmi dərəcə arzuolunandır.;

Təcrübə:

  • Texniki layihələrin idarəolunması və ya tikinti sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.

Bilik və bacarıqlar:

  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • Microsoft Outlook, Office, AutoCad proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Power Point və Adobe Acrobat arzuolunandır);
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Stressə davamlılığı və bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Təşkilatçılıq və layihələri idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarığı.

İş şəraiti:

  • İş saatları - 09:00-dan – 18:00-dək.
  • Şənbə, bazar istirahət günləridir.

Əmək haqqı: 

Müsahibə zamanı əlavə məlumat veriləcək.