Satınalma planını hazırlamaq və ehtimal olunan qiyməti müəyyənləşdirmək;
Şərtlər toplusunun hazırlanmasında iştirak etmək;
Təkliflərin cəlb edilməsi barədə elan vermək (dəvət göndərmək);
Satınalmaya dair sənədləri yoxlamaq və qeydə almaq;
Satınalmanın nəticələri haqqında yekun protokol hazırlamaq və təsdiq olunması üçün nəzarət orqanına təqdim etmək;
Təklifin akseptinə dair bildirişi və imzalanması üçün satınalma müqaviləsini təchizatçıya təqdim etmək;
Satınalmaya dair hesabat hazırlamaq;
Satınalma müqavilələrinin tərtibatı və idarə edilməsi prosesində iştirak etmək;
Növbəti il üçün görüləcək işlərin və layihələrin planlaşdırılmasında və satınalma büdcəsinin hazırlanmasında iştirak etmək;
Satınalma prosesinin bütün mərhələlərində iştirak etmək;
Malların (işlərin və xidmətlərin) qəbulu və ödənişinin həyata keçirilməsi zamanı malların (işlərin və xidmətlərin) qəbulunu qeydə almaq, təhvil-təslim aktlarını imzalamaq, qaimə-fakturaları yoxlamaq;
Fondun təchizat və satınalma strategiyasının aparılmasında iştirak etmək;
Rəhbərin tapşırığına əsasən müvafiq hesabatları hazırlamaq.
Təhsil:
İqtisadiyyat, maliyyə və ya hüquq üzrə ali təhsil. (Magistr dərəcəsi arzuolunandır).
Təcrübə:
Satınalma sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
Microsoft Outlook, Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Bazarı təhlil etmək bacarığı;
E-tender.gov.az saytında işləmək bacarığı;
Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
Təşkilatçılıq bacarığı;
Komandada işləmək bacarığı;
Stressə davamlılığı və bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;