Həmrəylik Günü və Yeni il münasibətilə həm doğmalarınızı sevindirin, həm də Qarabağın bərpasına töhfə verin

Həmrəylik Günü və Yeni il münasibətilə həm doğmalarınızı sevindirin, həm də Qarabağın bərpasına töhfə verin

|
Paylaş:

Milli birlik və doğma Vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə sayılı günlər qalıb.

Hər il dünyanın dörd bir yanında yaşayan milyonlarla soydaşımızın qürurla qeyd etdiyi, milli həmrəyliyimizin və vətənə bağlılığımızın təcəssüm olunduğu bu əlamətdar gündə Qarabağın bərpasına töhfə vermək isə xüsusilə qürurludur.

Necə? Qarabağ Dirçəliş Fonduna ianə etməklə.

Siz həmçinin yaxınlarınızın adından da ianə edərək onlara unikal “İanə Sertifikatı” hədiyyə edə bilərsiniz. Bu, onlara həm dərin mənəvi dəyər verəcək, həm də Qarabağın bərpasına töhfə verdikləri üçün böyük sevinc və qürur hissi bəxş edəcək.

Sertifikatı əldə etmək üçün Fondun rəsmi saytına (https://qdf.gov.az/iane-imkanlari/hediyye/dunya-azerbaycanlilarinin-hemreyliyi-gunu-ve-yeni-il-bayrami/) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edin, ianə məbləğini və ya ağac sayını seçərək dəstəyinizi göstərin.

Unutmayaq ki, doğma Qarabağın tezliklə bərpası və dirçəldilməsi üçün milli həmrəylik göstərmək çox vacibdir.

Gəlin, ianə edək, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər