Qarabağ Dirçəliş Fondu AVM-lərdə “Qarabağda Urbisid” adlı fotosərgilərə start verib - FOTO

Qarabağ Dirçəliş Fondu AVM-lərdə “Qarabağda Urbisid” adlı fotosərgilərə start verib - FOTO

|
Paylaş:

İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə  cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.

Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda Urbisid” sərgisini mütəmadi olaraq fərqli platformlarda təşkil edir.

Fond 1-31 oktyabr tarixlərində “Gənclik Mall”, “Port Baku Mall” və “Dəniz Mall” alışveriş mərkəzlərində (AVM) ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən dağıntıların əks olunduğu “Qarabağda Urbisid” adlı fotosərgiləri bütün ictimaiyyətə açıq elan edir.

Sərgi torpaqlarımızın 30 illik işğalı dövründə xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunub.

Sərgi həftənin 7 günü saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Sərgiyə cəlb olunan “Bir” Tələbə-Könüllü ictimai birliyinin könüllüləri gün boyu nümayiş olunan fotoşəkillər, eyni zamanda Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə ziyarətçiləri məlumatlandıracaq.

“Gənclik Mall”, “Port Baku Mall”, “Dəniz Mall”da keçirilən sərgi Paşa İnşaat “Malls Group”un dəstəyi ilə reallaşıb.

Qeyd edək ki, işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkilləri və videogörüntülərinin yer aldığı “Karabakh.Center” (https://karabakh.center/az) internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Keçmişi unutmamaqla Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Digər xəbərlər