Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Arb 24 televiziyasının “İş vaxtı” verilişində qonaq olub.
Fondun hazırkı fəaliyyəti barədə danışan Rəhman Hacıyev, ianələrin toplanması ilə bağlı yaranan sualları cavablandırıb.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Qarabağ mərkəzi” layihəsi barədə açıqlama verərək, layihənin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını açıqlayıb.