Bilik Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

Bilik Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

|
Paylaş:

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Bilik Günü münasibətilə həm öz övladlarınıza, həm də sizə doğma olan insanların övladlarına hədiyyə olaraq “İanə Sertifikatı” təqdim edə bilərsiniz.

Onların adından ianə etməklə həm onlara olan sevginizi göstərin, həm də Qarabağın bərpasına dəstək olun.

Sözsüz ki, böyük mənəvi dəyəri olan bu hədiyyə onların bu günə qədər aldıqları ən qiymətli hədiyyələrdən biri olacaq.

“İanə Sertifikatı”nı həm işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə ağacların əkilməsi, həm də həmin ərazilərdə aparılan digər bərpa-quruculuq işləri üçün ianə etməklə əldə edə bilərsiniz.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Unutmayaq ki, Qarabağın bərpası bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər