Qarabağ Dirçəliş Fondunun əməkdaşları İkinci Şəhidlər xiyabanını və Zəfər Parkını ziyarət edib

Qarabağ Dirçəliş Fondunun əməkdaşları İkinci Şəhidlər xiyabanını və Zəfər Parkını ziyarət edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun əməkdaşları 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını və Zəfər Parkını ziyarət edib.

Fondun əməkdaşları ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarlarının üzərinə çiçəklər düzüb.

Xalqımız hər zaman qəhrəman övladlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər