Qarabağın yeni inkişaf mərhələsi “Əsas məsələ” verilişinin xüsusi buraxılışında müzakirə edilib - VİDEO

Qarabağın yeni inkişaf mərhələsi “Əsas məsələ” verilişinin xüsusi buraxılışında müzakirə edilib - VİDEO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan televiziyasının İctimai-siyasi proqramlar Studiyasının hazırladığı “Əsas məsələ” verilişinin xüsusi buraxılışı 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (“Rebuild Karabakh – 2023”) pavilyonunda aparılıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rüfət Həmzəyevin aparıcılığı ilə baş tutan verilişdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, millət vəkilləri Nigar Arpadarai və Tural Gəncəliyev iştirak ediblər.

“Qarabağ yeni inkişaf mərhələsində: məqsədlər və vəzifələr” mövzusunda təşkil olunan verilişdə iştirakçılar “Rebuild Karabakh” sərgisinin Azərbaycanın sərgi industriyasında yeri və işğaldan azad olunmuş ərazilərə investisiya yatırımı baxımından əhəmiyyəti, Qarabağın dirçəlişi ideyası ətrafında indiyədək birləşən dövlət-biznes-cəmiyyət sinergiyası, Qarabağdakı aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını nəzərdə tutan Böyük Qayıdış proqramının icrası və bu zaman nəzərə alınmalı zəruri məsələlər ətrafında fikirlərini bölüşüblər.

Eyni zamanda bərpa və quruculuq işlərinə xarici investisiyaların cəlb edilməsi, işğaldan azad olunmuş ərazilərə köçmüş insanların məşğulluğunun təmini, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatda yaratdığı dəyər və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Sonda verilişin iştirakçıları qonaqların ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Qeyd edək ki, sözügedən verilişə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin efirində baxa bilərsiniz.

Digər xəbərlər