Zəfər Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

Zəfər Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

|
Paylaş:

Müzəffər Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbənin əbədiləşdirilməsi məqsədilə qeyd etdiyimiz Zəfər Gününə çox az vaxt qalıb.

Ölkəmizdə təntənəli şəkildə qeyd edilən bu mühüm tarixi gün münasibətilə ianə etməklə doğma Qarabağın bərpasına və dirçəlişinə töhfə verə bilərsiniz.

Əldə edəcəyiniz xüsusi “İanə Sertifikatı” isə sizə qürur və iftixar hissi bəxş edəcək.

Siz eyni zamanda yaxınlarınızın və dostlarınızın adından ianə etməklə “İanə Sertifikatı”nı onlara hədiyyə edə bilərsiniz.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://www.qdf.gov.az/iane-imkanlari/hediyye/zefer-gunu/) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər