Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Kollektiv üzvləri abidə kompleksinin önünə əklil və gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırımı törədib.

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuz misilsiz igidlik nümunələri göstərərək Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər