Qarabağ üçün ianə edərək qadınları 8 Mart bayramı münasibəti ilə təbrik edin

Qarabağ üçün ianə edərək qadınları 8 Mart bayramı münasibəti ilə təbrik edin

|
Paylaş:

Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Sizə doğma olan, böyük dəyər verdiyiniz qadınları daha da özəl hiss etdirəcək bir hədiyyə ilə təbrik edin.

Bildiyimiz kimi, Qarabağın dirçəlişi hər bir azərbaycanlının ən mühüm missiyası, mənəvi borcudur. Torpaqlarımızın azad olunması uğrunda canlarından keçən oğul və qızlarımızın azad etdiyi Vətənimizi abad etməyin vaxtıdır. Qarabağ Dirçəliş Fondu tərəfindən əlamətdar günlər münasibətilə hazırlanan xüsusi “İanə Sertifikatı” da bu gözəl təşəbbüsə qoşulmaq üçün bir vasitədir.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/8mart/) daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Əmin ola bilərsiniz ki, hədiyyə edəcəyiniz xüsusi “İanə Sertifikatı” hər bir qadın üçün çox böyük mənəvi dəyərə malik olacaq.

Əziz xanımlar, sizi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavan həyat, xoşbəxtlik arzu edirik.

Digər xəbərlər