Uzun müddət davam edən işğal nəticəsində Qarabağın ətraf mühitinə, təbiətinə olduqca böyük ziyan dəyib. Meşələrimizin qırılması və yandırılması, su ehtiyatlarımızın çirklənməsi, flora və faunamızın məhv edilməsi, təbii sərvətlərimizin talan edilməsi nəticəsində bölgənin ekoloji tarazlığı pozulub.
Yazın gəlişinin, təbiətin canlanmasının rəmzi olan Novruz bayramında işğaldan azad edilən ərazilərdə yeni yaşıllıqların salınması üçün ianə etməklə həm ekoloji tarazlığın bərpasına dəstək verə, həm də “Ağac İanə Sertifikatı” əldə edə bilərsiniz.
Sözsüz ki, böyük mənəvi dəyəri olan bu hədiyyə bu günə qədər aldığınız ən qiymətli hədiyyələrdən biri olacaq, sizin adınıza ianə edilən ağaclar isə Qarabağın təbiətinin bərpasına öz töhfəsini verəcək.
Siz eyni zamanda yaxınlarınızın və dostlarınızın adından ianə etməklə “Ağac İanə Sertifikatı”nı onlara hədiyyə edə bilərsiniz.
Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/novruz-bayrami/#tree) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz ağac sayını seçərək ianə etmək kifayətdir.
İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!