“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

|
Paylaş:

10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab və “Qaytağı” instrumental ansamblı iştirak edəcək.

Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.

Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night/120249

Xüsusi olaraq vurğulamaq istəyirik ki, konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncədə təşkil olunub. Hər iki konsertdən əldə edilən vəsait Qarabağda yerləşən tarixi abidələrin bərpasına yönəldiləcək.

Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad edilmiş ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik.

Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər