Bilik Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

Bilik Günü münasibətilə həm doğmalarınızı təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

|
Paylaş:

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Məktəblilər bu günü səbirsizliklə gözləyirlər. Çünki həm onlara dərs deyən sevimli müəllimlərini, həm də uzun zamandır görmədikləri məktəb yoldaşlarını görəcəklər.

Bilik Günü münasibətilə həm öz övladlarınıza, həm də sizə doğma olan insanların övladlarına hədiyyə olaraq Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “İanə Sertifikatı” təqdim edə bilərsiniz. Onların adından ianə etməklə həm onlara olan sevginizi göstərin, həm də Qarabağın bərpasına dəstək olun.

Sözsüz ki, böyük mənəvi dəyəri olan bu hədiyyə onların bu günə qədər aldıqları ən qiymətli hədiyyələrdən biri olacaq.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/bilik-gunu/) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Qeyd edək ki, edilən ianələr Qarabağın bərpası və dirçəlişi istiqamətində həyata keçirilən tədbirlərə yönləndiriləcək.

Unutmayaq ki, Qarabağın bərpası bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər