Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüş – FOTO

Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüş – FOTO

|
Paylaş:

11 iyun 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri arasında görüş keçirilib.

Rəhman Hacıyev görüşün əvvəlində Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

Görüş zamanı torpaqlarımızın işğaldan azad olunmasından sonra hazırda qarşıda dayanan yeni reallıqlar, həbelə regional siyasi gündəm məsələləri bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Qarabağın bərpa prosesi çərçivəsində Azərbaycanla Latviya arasında əməkdaşlıq perspektivləri və Latviya iş adamlarının Qarabağın dayanaqlı iqtisadi inkişafına mümkün töhfəsi məsələləri geniş müzakirə edilib.

Qeyd edək ki, görüşdə Azərbaycan tərəfdən Milli Məclisin üzvü, Azərbaycan-Latviya parlamentlərarası üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Latviya Respublikası tərəfindən isə Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş, müavini Armands Krauze və Seymin üzvü Aleksandr Kirşteyn də iştirak edib.

Digər xəbərlər