Qarşıdan milli birlik və doğma Vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir.
Dünyanın dörd bir yanında yaşayan milyonlarla soydaşımız tərəfindən böyük qürur hissi ilə qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ianə etməklə həm həmrəyliyinizi və birliyinizi nümayiş etdirə, həm də doğma Qarabağın bərpasına və dirçəlişinə töhfə verə bilərsiniz.
Siz eyni zamanda yaxınlarınızın və dostlarınızın adından ianə etməklə “İanə Sertifikatı”nı onlara hədiyyə edə bilərsiniz.
Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane/hemreylik-gunu) daxil olub təbrik etmək istədiyiniz şəxsin adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.
Sözsüz ki, böyük mənəvi dəyəri olan bu hədiyyə onların bu günə qədər aldıqları ən qiymətli hədiyyələrdən biri olacaq. Əldə edəcəkləri xüsusi “İanə Sertifikatı” isə onlara qürur və iftixar hissi bəxş edəcək.
Unutmayaq ki, doğma Qarabağın tez bir zamanda bərpa olunması və dirçəldilməsi üçün həmrəylik nümayiş etdirməyimiz çox vacibdir.
İanə edək, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!
Qarabağ Dirçəliş Fondu və həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumatı aşağıdakı linkə (https://qdf.gov.az/fealiyyet/layiheler/) keçid edərək əldə edə bilərsiniz.