“Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

“Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycanda səfərdə olan  “Al Jazeera” Media İnstitunun və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüşüb.

Rəhman Hacıyev qonaqlara Qarabağ Dirçəliş Fondunun yaranması, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Keçirilən görüşdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Medianın dirçəlişin bir hissəsi olduğunu ifadə edən “Al Jazeera” Media İnstitunun Yeni layihələr üzrə meneceri Montaser Maray sosial medianın hazırki təsir qüvvəsindən danışaraq, media sahəsində silsilə seminarların keçirilməsi, qarşılıqlı məlumat mübadiləsinin aparılması, Qarabağ həqiqətlərinin, hekayələrinin işıqlandırılması məsələlərində dəstək verməyə hazır olduqlarını bildirib.

Media İnstitunun nümayəndələri Qarabağda rəqəmsal media platformasının yaradılması, Al Jazeera televiziya kanalları ilə əməkdaşlıq, xüsusilə Qarabağa qayıdacaq gənclərin iştirakçılılığını təmin edə biləcək bir neçə maraqlı layihə təklifləri ilə çıxış edib.

Sonda tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə  razılıq əldə olunub.

Digər xəbərlər