Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Fondun kollektivi abidə kompleksinin önünə gül dəstələri qoyaraq, soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir.

Əsrin faciəsi olan Xocalı soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Vətən müharibəsində ölkəmizin parlaq qələbəsi nəticəsində Xocalı şəhəri işğaldan azad edildi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsini qürurla, başıuca yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər