Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev İctimai televiziyanın efirində yayımlanan “Diqqət Mərkəzi” verilişinin qonağı olub.
Verilişdə Fondun mövcud və nəzərdə tutulan layihələri barədə müzakirə aparılıb.
R. Hacıyev erməni işğalçılarının təxminən 30 ilə yaxın müddət ərzində Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə, təbii sərvətlərinə, ekoloji vəziyyətinə vurduğu zərərə, işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı kimi mühüm məsələlərə xüsusi diqqət çəkib.
Rəhman Hacıyev: “Qarabağ bərpa edilərək əvvəlkindən DAHA DA GÖZƏL VƏ YAŞIL olmalıdır! Bu, bizim mənəvi borcumuzdur”