Qarabağ Dirçəliş Fondu ƏDV-dən azad olundu
21 may, 2021
Qarabağ Dirçəliş Fondu ƏDV-dən azad olundu

Mənbə: President.az

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 27-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 28-ci hissə əlavə edilsin:

“28. Qarabağ Dirçəliş Fondu.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2021-ci il

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi